«Şükür» getdi, «izi» qaldı

Mirzə AĞ

Artıq ikinci dəfədir, xəbər verdilər ki, «Bakliftəmir» idarəsinin «baş qulduru» Qüdrət Şükürovu (bundan sonra onu qısaca «Şükür» adllandıracam) işindən «aşırıblar» - adamın heç inanmağı gəlmir...

Lap «aşırmış» olsalar belə, artıq Bakı sakinlərinə olan olub - yəni ki, Şükür gedib, «izi» qalıb. Məsələn, dünən xəbər yayıldı ki, mikrorayonda «təmirə dayanmış» liftin trosu qırılıb - kabinəsi «mayallaq aşıb», bir zavallı qadını vurub öldürüb!

O da deyilir ki, ortaqları «Şükür»ü ölkədən qaçırıblar - səsi Almaniyadan gəlir, guya ki, onu «məzməzək» xəstəliyi tutub...

Bəs, Hacıbala? O da qaçıb? İndi onu əməlli-başı «sorğu-sual» etmək lazımdır ki, «Şükür»lə necə ortaqlıq etdiyindən danışsın. Sonra da «şirin» dilini dartıb boğazından çıxartmaq lazımdır! «Şükür» bu qədər «tros»u təkbaşına yeməyib ki...

Hələ Artur da sağdır və həkimlər deyirər ki, rahatca istintaqa «ifadə» verə bilər...

«Şükürün müsibəti» münasibətilə, 2017-ci ilin noyabrında onun «qüdrəti»nə həsr etdiyim və «AzPoitika»-da dərc olunmuş bir yazını yenidən oxucuların menyüsünə əlavə etmək qərarına gəldim. Buradan belə aydın olur ki, «Şükür»lə haqq-hesab çəkmək üçün mütləq Eldar Əzizovu gözləməliymişik - qalanları «fufla» olub...

İŞLƏMƏYİR LİFTİMİZ, AYIB OLA! – Qriqori Yavlinski doğru deyib…

Yeni Günəşlidən yenə telefon açmışdılar… sakinlər yana-yana xəbər verdilər ki, sorağı Firəngistana qədər gedib çatmış «məşhur lift» yenə işləmir! Hansı lift?

Özünüzü yormayın – Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, S.Cəfərov küçəsindəki 9 saylı, 9 mərtəbəli binanın birinci girişində vaxtilə rusların quraşdırdığı lifti deyirəm – dövrü olaraq, onun «motoru» yanır…

Motor yananda da gərək təmir edəsən ki, işləsin. Təmir etməyə isə bir kimsə yox! Hər dəfə motor yananda, «Baklifttəmir»in tanınmış müdiri Şükürovun («tros Qüdrət») ərazi üzrə «canişini» iki ayağını bir başmağına «yerləşdirib» hiyləgərcəsinə «zarıyır»: «Motor yanıb, pul verin, düzəldək»!

Məqamındaca, Arturdan, Hacıbaladan, Şükürovdan (bundan sonra Şükürovu orbazlı olaraq, «Şükür» adlandıracam – onun qüdrəti ən azı şübhə doğurur!) və Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərindən soruşmaq istəyirəm: «Baklift»in balansında olan liftlərin motoru yananda, onun təmir pulunu sakinlər ödəməlidir, yoxsa sözügedən idarə?!

Bu dəfə də eyni həyasızlıq – «motor» yanıb, Şükür pul istəyir! Sakinlər pul vermir deyə, Şükür motoru təmir elətdirmir…

Bir müddət əvvəl xəbər yayılmışdı ki, bəs, muştuluq verin, məşhur «Şükür»ü işdən çıxardıblar. Fəqət, yalan çıxdı – az sonra xəbər verdilər ki, heç sevinib-eləməyin – Şükür öz yerindədir…

Şükür yerində olduğu qədər də «davam edir «37» – daha həyasız, daha ciddi» – motorlar yanır, troslar qırılır, Şükürün ərazi canişinləri (mafiya jarqonunda onlara «leytenant» deyirlər) də sakinləri ələ salmaqda (pul istəməklə) davam edirlər – sanki bu ölkədə hökumət-filan yoxdur, Baş nazir postu isə sadəcə, rəmzi bir məqamdır…

Nədən ki, Baş nazir yerində olsaydı, Şüküр belə «qələt»ləri yapa bilməzdi – bu əməllərinə görə, dartıb onun dilini bağazından çıxarardılar!…

Hökumət yerində olsaydı, Артур, Hacıbala, Şükür... kimi səbatsızlardan soruşardı: Liftlərin təmiri üçün «Baklift»ə ayrılmış 10 milyonlarla büdcə pullarını neylədiniz ki, indi liftlər işləmir, insanlar pilləkan qalxmaqdan zillət çəkirlər?

Onlara veriləsi sual çoxdu, amma sual verməyin bir mənası yoxdur – artıq onlar adətkərdə olublar, bir qulaqdan alıb, digərindən «ifraz edirlər».

Odur ki, bu dəfə sözlə dediklərimi, «sazla demək» qərarına gəldim – qoy heç olmasa, bir dəfə də bizim «dodağımız qaçsın…»

İşləməyir liftimiz, ayıb ola!

Şükür də öz yerində, xeyir ola?

Yüz il əvvəl yazdılar ki, ibrət ola:

«Əlbir olub bir ayı, bir şir ilə

Ovladılar dovşanı tədbir ilə».

Alınmadı ibratimiz, ibrət ola!

Söylədilər: Şükür çıxıb öz işindən,

Liftlərimiz qurtardı onun dişindən, şükür ola!

Yalan çıxdı, geri döndü Şükür, heyrət ola!…

Əlbir oldu Artur, Şükür, Hacıbala

Çeynədilər trosları, liftləri, haram ola!

Arzum budur, liftdə qala Hacıbala,

Çığırardı, bağırardı, axıdardı göz yaşların,

Səs salardı Abşerona – şükür ola!

Şükür də ki, gəlməyəydi harayına, ibrət ola…

Hökumət adına təqdim olunun bu «şayka» oyunbazlığa baş vurub, milyonları, milyardları «udduqca» – hatəm olub büdcəmizin pullarını yadlara səxavətlə payladıqca, liftlərimiz daha sürətlə aşınıb, sıradan çıxır! Məsələn əcnəbi bir «Qaqa»нı səkkiz dəqiqə «ziyildədib» çantasına 2 milyon dollar tullayan kəslər heç bilərmi 9-cu mərtəbəyə piyada qalxmaq nə deməkdir? Görəsən, iki milyon dollara Günəşlinin neçə liftini təmir etmək olardı?

«Zındıq» bir toya 400 min dollar xərc çəkənlərdən soruşmaq pis olmazdı: Ehey, oğrular-quldurlar, 400 min dollara Bakının neçə liftini təmir etmək olardı?…

Vaxtilə, Qriqori Yavlinski doğru deyib ki, Azərbaycanda korrupsiya yoxdur! Çünki bu ölkədə sadəcə, hökumət yoxdur…

635x100

Şərhlər

Vetendash 2018-10-09 15:26:12

Yuxari chixmaq lazimdir - Shykyr olmasin,Qudret ,Ehmed olsun - ya eke Shultz kimi Olmalidirlar,ya da ishden atilacaqlar bayira.

Son yazılar