Menu

4 rayonda qaz olmayacaq

05.08.2014, 10:52

qazFasilələrin yaranması görülən təmir işlər ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 18:00-dək Sabunçu, saat 17.00-dək Siyəzən və Bərdə, saat 20.00-dək isə Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində, eləcə də qaz ölçü qovşaqları və qazpaylayıcı stansiyalarda görülən işlərlə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol