Menu

Cəbhədə gərginlik davam edir: ermənilər gizirimizi yaraladı

05.08.2014, 11:52

esger-tecili-yardimdaErmənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol