Menu

Yaponiya Rusiyaya etiraz edir! - «Şimal əraziləri»ndə atışmaya görə

10.10.2018, 22:52
Yaponiya Rusiyaya etiraz edir! - «Şimal əraziləri»ndə atışmaya görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hökuməti Kuril adaları rayonunda atışmalar aparmaq planlarınına görə, Rusiyaya etirazını bəyan edib. Bu barədə Yaponiya hökumətinin Baş katibi Yosixide Suqa xəbər verib.

«Təlim atəşləri dörd adada Rusiya ordusunun hərbi iştirakının güclənməsinə gətirib çıxaracaq ki, bu da bizim ölkəmizin mövqeyi ilə üst-üstə düşmür» - deyə, «Kiodo» agentliyi ondan sitat gətirir.

Baş katib əlavə edib ki, «problemin tam həlli üçün həmin şimal ərazilərin (Yaponiyada Kunaşir, İturup, Şikotan və Xabomai adalarını belə adlandırırlar - red.) özlərinin problemini həll etmək qaçıdmazdır».

Bundan əvvəl, Moskva bu rayonda təlim atışmaları keçirmək planı barədə Tokioya məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol