Menu

«Hindistan tezliklə biləcək ki, S-400 aldığına görə, onu nə gözləyir...» - TRAMP

11.10.2018, 16:01
«Hindistan tezliklə biləcək ki, S-400 aldığına görə, onu nə gözləyir...»  - TRAMP

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyadan S-400 zenit-raket sistemləri aldığına görə, Hindistan yaxın vaxtlarda «onu nə gözlədiyini biləcək». Ağ Evin başçısı bu barədə jurnalistlərlə görüşü zamanı bəyan edib.

«Hindistan biləcək. Siz görərsiniz, gözlədiyinizdən də tez» - Tramp qeyd edib.

Bundan əvvəl Hindistan quru qoşunları qərargahının rəisi Bipin Ravat «New Indian Express» nəşrinə verdiyi müsahibədə S-400 alınmasına ABŞ-ın mümkün reaksiyasını şərh edib. Onun sözlərinə görə, «Hindistan dərk edir ki, Vaşinqton ona qarşı sanksiyalar tətbiq edə bilər, amma buna baxmayaraq, özünün müstəqil siyasətini yürütməkdə davam edəcək».

Moskva və Nyu-Dehli Hindistana 5 alay zenit sistemi komplekti S-400 «Triumf» satılması barədə kontraktı ötən həftənin cümə günü imzalayıb. Bu sövdə Vaşinqtonun neqativ reaksiyasına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol