Menu

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

12.10.2018, 00:57
Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. "Report"un Torshavn şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, III turda "Torsvollur" stadionunda Farer adaları yığması ilə qarşılaşan milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib.

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol