Menu

Araz Əzimov NATO-nun mənzil-qərargahına gedəcək

05.08.2014, 14:28
Araz Əzimov NATO-nun mənzil-qərargahına gedəcək

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə - NATO-nun mənzil-qərargahına səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue deyib.

U. Lahue bildirib ki, A. Əzimov NATO-nun qərargahında danışıqlar aparacaq və tərəflər arasında yenilənmiş sənədin detallarını müzakirə edəcək. Sənəd Azərbaycan və NATO arasında İPAP üzrə əməkdaşlığın yenilənmiş mərhələsini ehtiva edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol