Menu

Saakashviliyə qarşı qətl ittihamı irəli sürüldü

05.08.2014, 14:52

saakasvili3ermeni adamidirdGürcüstanın baş prokurorluğu keçmiş prezident Saakashviliyə qarşı yeni ittihamlar irəli sürüb.

Saakashvili 2005-ci ildə deputat Valeri Gelashvilinin öldürülməsini təşkil etməkdə ittiham olunur.

İyulun 28-də Saakashvili hakimiyyətdən sui-istifadədə ittiham olunmuşdu.

O həmçinin İmedi televiziyasını ələ keçirməkdə, 2007-ci ildə Tbilisidə hökumət əleyhinə nümayişləri zorla dağıtmaqda ittiham olunur.

Avqustun 1-də məhkəmə Saakashvilini qiyabi həbs edib.

Hazırda ABŞ-da olan Saakashvili ittihamları rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol