Yunanıstan milli komandasının sabiq futbolçusu Georgios Samaras karyerasını başa vurub."Report" xəbər verir ki, bu barədə Şotlandiyanın "Seltik" klubu rəsmi "Twitter" hesabından paylaşım edib.
Qeyd edək ki, Georgios Samaras 2006-cı ildən 2014-cü ilə qədər Yunanıstan yığmasının formasını geyinib. O, karyerası ərzində "Seltik"lə yanaşı, Hollandiyanın "Herenven", İngiltərənin "Mançester Siti" və "Vest Bromviç", İspaniyanın "Saraqosa" və Türkiyənin "Samsunspor" klublarının şərəfini qoruyub.


Former 

Appearances

Goals
League Cup
Şərhlər