Casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun İzmir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ev həbsindən azad olunmasından və üzərindən xaricə çıxış qadağasının götürülməsindən sonra amerikalı hərbçilər artıq keşişi ABŞ-a geri qaytarmağa hazırlaşırlar. Bu barədə “Reuters”ə Pentaqonun sözçüsü məlumat verib.
Onun Türkiyədən Almaniyaya, oradan da ABŞ-a aparılacağı bildirilir. Pentaqondakı digər mənbənin sözlərinə görə, Branson hətta bu axşam təyyarə ilə yola salına bilər və onun təhlükəsizliyi ilə birbaşa Pentaqon məşğul olacaq.


Şərhlər