Menu

ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb

12.10.2018, 23:19
ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb

ABŞ-ın cənub-şərqində tüğyan edən "Maykl" tropik qasırğasından ölənlərin sayı 13 nəfərə çatıb."Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində ölkənin 4 ştatında – Virciniyada 6, Floridada 4, Şimali Karolinada 3 nəfər həyatını itirib. Bildirilir ki, təbii hadisə Kaliforniyaya 4,5 milyard dollar zərər vurub. Qasırğa Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına da ciddi ziyan vurub.

"Maykl" 1992-ci ildən sonra ölkədə qeydə alınan ən güclü qasırğadır. Təbii hadisənin ilk tüğyan etdiyi Mərkəzi Amerika ölkələri - Hondurasda, Nikaraquada və Salvadorda 13 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol