Menu

İsrail Rusiyaya pilotsuz təyyarə satışını dayandırdı

05.08.2014, 15:59
İsrail Rusiyaya pilotsuz təyyarə satışını dayandırdı

İsrailin Müdafiə Nazirliyi ölkənin müdafiə şirkətlərinə Rusiya ilə pilotsuz təyyarələrin satışı ilə bağlı danışıqlar aparmağı yasaqlayıb.

Musavat.com-un İsrail mənbələrinə istinadən verdiyi xəbərə görə, qadağa həm təzə, həm də hazırda aparılan danışıqlara aiddir.

Qadağanın səbəbi kimi Rusiyanın Ukraynaya müdaxiləsi göstərilir. Eyni zamanda belə bir qərarın xeyli dərəcədə ABŞ-ın təzyiqləri altında çıxarıldığı bildirilir.

Mənbənin sözlərinə görə, hələ yasağa kimi Müdafiə Nazirliyinin direktivləri Rusiyaya satıla biləcək pilotsuz təyyarələrin modellərinin spektrini xeyli dərəcədə məhdudlaşdırıbmış. Qeyd edilir ki, Ağ Ev Təl-Əvivin Rusiya ilə bu sferada əməkdaşlığından məmnun deyilmiş və yaxınlaradək buna göz yumsa da, artıq Kremlə qarşı siyasətini dəyişdiyindən İsrailin mövqeyinə təzyiq etməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol