Menu

UEFA araşdırmaya başladı

13.10.2018, 22:18
UEFA araşdırmaya başladı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən PSJ – "Srvena Zvezda” oyunu ilə bağlı araşdırmaya başlayıb.

Qol.az-a xəbər verir ki, buna səbəb matçın danışılmış oyun olmağı ehtimalıdır. "Srvena Zvezda” nümayəndələrinin görüşdən əvvəl Paris klubunun 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul qoyduğu iddia olunub. Bununla bağlı "L'Equipe" nəşri UEFA-nı məlumatlandırıb. Bundan sonra məsələ ilə əlaqədar araşdırmaya başlanıb.

PSJ özünün rəsmi "Tvitter" səhifəsində yazılanlarla bağlı heç bir əlaqəsinin olmadığını yazıb: "Klub şübhələrdə dolayı və birbaşa yolla iştirakını rədd edir. Biz istintaqla bağlı əməkdaşlıq etməyə hazırdır".

Qeyd edək ki, PSJ - "Srvena Zvezda" görüşü meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol