Menu

Bakıda mağazadan 4000 manatlıq əntiq əşya oğurlanıb

13.10.2018, 19:02
Bakıda mağazadan 4000 manatlıq əntiq əşya oğurlanıb

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazalardan birində oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol