Menu

Ağstafada ruhi xəstə boğazını kəsib

14.10.2018, 18:13
Ağstafada ruhi xəstə boğazını kəsib

Ağstafa rayonunda yaşlı kişi özünə xəsarət yetirib."Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1936-cı il təvəllüdlü Sadıxlı kənd sakini Paşayev Xaliddin Məhəmməd oğlu bıçaqla boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan X.Paşayevin vəziyyətinin hazırda ağır olaraq qaldığı bildirilir.

Yaxınları onun ruhi xəstə olduğunu və yaşadığı evdə özünə xəsarət yetirdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol