Menu

İranda terror qruplaşması zərərsizləşdirilib

14.10.2018, 23:44
İranda terror qruplaşması zərərsizləşdirilib

İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər. Trend-in məlumatına görə, bu barədə İranın kəşfiyyat nazirliyindən bildiriblər.

Qeyd edilir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.

Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol