New York Times-ın verdiyi xəbərdə deyilir ki, bu gün günorta saatlarında Əfqanıstan əsgərinə məxsus uniformada olan bir terrorçu Kabulda terror aktı həyata keçirib.
Əfqanıstan Milli Ordu Zabitləri Akademiyasında baş verən hadisədə NATO-nun 3 yüksək rütbəli zabiti öldürülüb. NATO-nun və Əfqanıstanın bir neçə hərbçisi isə yaralanıb. Yaralananlar arasında adıçəkilən akademiyanın rəhbəri briqada generalı Qulam Saki də var.
Qəzet bildirir ki, terroru həyata keçirən şəxs də hadisə yerində öldürülüb. /musavat.com


Şərhlər