Menu

Baş prokurora yeni müavin təyin edildi

05.08.2014, 18:37
Baş prokurora yeni müavin təyin edildi

Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol