Menu

"ƏGƏR O TOPAQLARI MƏN SATMIŞAMSA..." - Abutalıbovdan qəribə açıqlamalar

16.10.2018, 13:12
"ƏGƏR O TOPAQLARI MƏN SATMIŞAMSA..." -  Abutalıbovdan qəribə açıqlamalar

Baş nazirin müavini: “Elə yazın ki, məni Lev Tolstoyun vəziyyətinə salmayasınız”

"Mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb. Bu barədə Modern.az-a özəl olaraq Baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib.

“Sürüşmə səbəbi sudur”

O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib: “Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.

 Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib: Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.

“O torpaqları mən satmışamsa...”

H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddiasını da cavablandırıb: Sizin mülahizələriniz ki var bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm. Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir...

İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.

 “Sizin işiniz sual vermək, mənim vəzifəm...”

H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib: “Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”. 

“Vicdanla yazın”

 Baş nazir müavininin “Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub: “Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

Şərhlər

Realist 2018-10-16 13:12:47

Hacıbalanın oyunlarınan,yalanlarından möhtərəm prezidentin xəbəri olmayıb? Niyə onun ətrafı Hacıbala barədə doğru məlumat çatdırmayıblar?Bu yalnız bir səbəbdən ola bilər.Yəqin Hacıbala onları vaxtında "görüb",paylaşıb.Yoxsa belə işlər çevirə bilməzdi.Hələ bir Hacıbalanı vaxtında onları "gördüyüenə görə Baş nazirə müavin də etdilər.O da arxayın olub ağlına gələni söyliyor.

Veteran 2018-10-16 13:12:47

Ay professor meseleni bu qeder sadelewdirme!!! Elbette sen elbe-el hec kimden pul almamisan ve almazdin da! Senin pul yiganina iw gorenlerine ne gelmiwdi beyem! Indi belke and icesen ki, tabele qol cekib aldigin maawla dolanmisan bu nece iller? Tolstoy bele yerde bilirsen ne deyib?

Obyektiv 2018-10-16 13:12:47

Utanmasan oynamaga ne vardi ki!.. Eshi, ne serancam ya q/qanuni tikililer.. Beli, nece ildir bu "serancamlar" rayob IH-den alinib Baksovete verilib. Ele o qondarma serancamlar deyildimi uzun iLLerdi (qesbkar) "tikililer" elinden sheherde tepmek olmur, camaatin ata-baba yeri-y zabt olurdu.. ( Herden tv-lerde "qanunsuz tikililer" deyende adamin aci gulmeyi tutur.. Pul hesabina icazeler beyem (faktiki) "qanini" idi ki?!
Tolstoy ozu qraf olsa da, chox tevazokar ve ziyali Shexs olub.. O hara, pulgirler hara..

Ay xətakar....)))))) 2018-10-16 13:12:47

Deyəsən demək istəyir ki, Tolstoyu tanıyır....)))))) amma bir iş var-Tolstoyu tanımaq onun oxumaq deyil, hələ başa düşmək bir tərəfdə qalsın....)))))

BABAYEVA ASYA EHMEDELI Qi 2018-10-16 13:12:47

belasini myhakima edib artlg xarc cakmak da lazim deyil troyka lazimdir

Sədi 2018-10-16 13:12:47

Şəhərin mer olmusan uzun illər və sənin vaxtında şəhər qarış-qarış satılıb. Milyardlarla paket sənədlər verəndə pullar alınıb. Bəs kim satıb? Məlikməhəd?

Cəlal 2018-10-16 13:12:47

Bəs Siz hansı torpaqları satmısnız?

antiAbu 2018-10-16 13:12:47

Hacıbala Tolstoy, gözəl bilir ki, 2000-ci ildə İcra Hakimiyyətlərinə torpaq ayrılması barədə sərəncam verilişi dayandırıldığından, 2008-ci ilə kimi satılan torpaqlara 90-cı illərin sərəncamlarını verirdilər. Bu o demək deyil ki, tikili 90-cı illərdə inşa olunub və bundan Tolstoyun xəbəri yoxdur. Tolstoy bu nağılı uşaq bağçalarında danışa bilər.

EJDER 2018-10-16 13:12:47

EWWI,NE DESIN.DEMEK UCUN ...LAZUMDI.O,VILLARIN SAHIBLERI...SOKUB DAQIDANLARDI.HACIBALA MALUM ,XOW GELDIN,CUXDANDI GORSENMIRSEN....GULERIK BIR AZ.TOLSTOY DAHA NE DEYIB,ANALOQSUZ INKIWAFIMIZ BAREDE.XAHIW EDIRIK ,ACIQLAYIN,,EWDAHA,, MALLUM

Cəmşid Dərələyəzli 2018-10-16 13:12:47

Pəs vallah, Hacıbala müəllim. Bu Hacıbala müəllimə demək lazımdır ki, Siz uzun illərdir şəhərin merisiniz. Hansı vədə Siz rəsmi toplantılarda Cənab Prezidentin qarşısında məsələ qaldırdınız ( təbii ki, buna da cəsarət lazımdır) ki, ay Cənab Prezident filan rayonun təhlükəli ərazisində tikinti işləri aparılır və mənim gücüm onu dayandırmağa yetmir. Axı siz özünüz də yaxşı bilirsiniz ki, ərazi idaretmə orqanlarının, xüsusəndə başçının razılığı olmadan !!!! heç harada daş-daş üstünə qoyula bilməz. İndi günahə yıxırsınız vətəndaşların üzərinə. Yəqin ki, Cənab Prezident nəhayyətdə bu özbaşınalığa və məsuliyyətsizliyə son qoymaq qərarına gəlib, kimlərin isə cəzalandırılmasına qərar verəcək. Day bu qədərdə olmaz...

Habil 2018-10-16 13:12:47

Yalan ayaq tutar,amma yeriməz ay Hacıbala bəy!!990-cı ildə Sovet hökuməti var idi və şəxsi tikililər orada ola bilməzdi və olmyıb.Axı 1990-dan əvvəlki insanlardan hələ sağ olanları və oranı xatırlayanlar var.Sizin,yəni BŞİH-nin Bakının torpaqlaını satdığını isə hamı bilir.Yamacda tikilən villaların sahibləri kimlərdir? Sadə insanlar.yoxsa YAP-ın qqabaqda gedənləri?Onsuz da Siz illərdir yalana öyrəşmisiniz.Amma bu yaşda yalan günahdır axı!Sürüşməyə əsl səbəb yamacda tikilən möhtəşəm tikililərdir.

antiAbu 2018-10-16 13:12:47

Torpaqlar sərəncamla və sərəncamsız satılıblar. Hərəsinin öz qiyməti olub. Sərəncamsız torpaq satışını əvvəlcə Sədaqət Məmmədova, sonra isə Hacıbalanın anasının xalası nəfələri Qafar Əhmədovla Əli Əsgərov həyata keçiriblər. Bunlardan birincisi qanunsuz tikililərlə mübarizə, ikincisi isə Əraziidarəetmə orqanları ilə iş şöbəsinə rəhbərlik ediblər. Hər ikisi milyonların içərisində üzürlər. Hər ikisi Hacıbalaya ayda yüz minlərlə pul veriblər. ..............Adam başqalarını ruhi xəstə hesab etməməlidir!

G.M 2018-10-16 13:12:47

Ay hacıbəla sənin boynuna İlan dolasalar da aradan,sözün altından çıxacaqsan..Səninlə haqq-hesab qalıb dünya düzələnə..Kef elə Dünya da səndən sonra düzələcək.Onda da uzaqbaşı ......isti münasibətlərdən.

rasim 2018-10-16 13:12:47

Görkəmli rus yazıçısının şəxsi həyatında yetmiş yaşından sonra çox ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklər ondan yazmaqla əmələ gəlməyib. .....Bu Lev Tolstoyun həyatında psixioloji durumla əlaqədar olub. Mən, heç kimə arzu etməzdim ki, yetmiş yaşından sonra Lev Tolstoyun gününə düşsün. Əgər kimsə özünün Tolstoyun gününə düşdüyünü etiraf edirsə, ona nə demək olar. Biz ancaq söz azadlığına hörmətlə yanaşmalıyıq. Görünür Lev Tolstoy tək deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol