Menu

"İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı?" - Aqil Abbas

16.10.2018, 14:10
"İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı?" - Aqil Abbas

"Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar. Həmin dərsliklər mənasız şeir və nağıl yığımıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, niyə valideynlər uşaqlarını rus dilini bölməsinə qoyurlar? Çünki orada belə şeylər yoxdur”.

Şərhlər

t.ədalət 2018-10-16 14:10:17

Nazir buxqalter olanda,dərsliklər də belə olacaq.Axtarsan,nazirimiz bəlkə də heç Qarabağ döyüşlərində olmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol