Menu

Qəzzada canlanma hiss olunur - Video

05.08.2014, 20:04
Qəzzada canlanma hiss olunur - Video

Atəşkəsdən sonra Qəzzada həyat normal axarına qayıdır

İsrail ordusu ilə “Həmas” hərəkatı arasında Qəzza zolağında 72 saatlıq humanitar atəşkəs razılaşması qüvvəyə mindikdən sonra bölgədə canlanma hiss olunur.

ANS TV-nin məlumatına görə, Qəzza sakinləri ərzaq ehtiyatı əldə etmək üçün bazarlara və mağazalara üz tutublar. Mağaza sahibləri aviazərbələrin onların təsərrüfatına və iş yerlərinə ziyan vurduğunu deyir.

İsrail ordusunun quru qoşunlarının hərbçiləri isə Qəzza zolağında qısamüddətli atəşkəsin başlaması ilə əlaqədar evlərinə qayıdıblar. Postda qalan əsgərlər isə hər an atəşkəsin pozulacağı təqdirdə hücumlara yenidən başlamağa hazır olduqlarını deyir.

İsrail əsgəri Harli Şvarts deyir ki, "Biz qorxu haqda düşünmürük. Uzun müddət müvafiq təlimlər keçmişik və buna görə də döyüş anı gələndə bu qorxu hissinin öhdəsindən gəlirsən, çünki nəyisə qorxmadan etməyə dair təlimlər keçmişik”.

Qeyd edək ki, iyulun 8-dən bəri aviazərbələr 1900-ə yaxın fələstinlinin həyatına son qoyub. İsrail tərəfi isə 64-ü hərbçi olmaqla, 67 nəfər itki verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol