Menu

BMT Baş katibinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən gedir

17.10.2018, 18:53
BMT Baş katibinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən gedir

BMT Baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Stafan de Mistura noyabr sonunda şəxsi səbəblərdən vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı məlumat verib.

“Xüsusi təmsilçi vəzifəsində 4 il 4 ay işləmişəm. Sırf şəxsi səbəblərdən istefa vermək istədiyimi Baş katiblə bir müddətdir müzakirə edirdik”, - diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol