Menu

Britaniya parlamentinin binası mühasirəyə alındı

17.10.2018, 23:08
Britaniya parlamentinin binası mühasirəyə alındı

Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.

Oxu.Az xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.

Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.

Polis ərazidə müvafiq tədbirlər görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol