Menu

«Səudiyyəlilər mənim böyük müttəfiqimə çevriliblər» - TRAMP 

18.10.2018, 08:51
«Səudiyyəlilər mənim böyük müttəfiqimə çevriliblər»  - TRAMP 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını (SƏ) özünün «böyük müttəfiqi» adlandırıb və bildirib ki, Ər-Riyad İrana qarşı durmaqda ABŞ-a kömək edir.

Bu barədə amerikalı lider «Fox Business» telekanalına verdiyi müsahibədə bəyan edib. Müsahibənin fraqmentləri çərşənbə günü efirə çıxıb.

«Səudiyyə Ərəbistanı - bizim həmkarımızdır, İrana qarşı bizim müttəfiqimizdir. Onlar (SƏ) mənim böyük müttəfiqimə çevriliblər» - deyə, amerikalı lider «Qaşıqçı olayı» fonunda bildirib.

«Onlar ABŞ-a nəhəng məbləğlərdə pul yatırırlar» - deyə, krallığa 110 milyard dollarlıq silah satılacağı barədə sazişdən danışan Tramp qeyd edib.

ABŞ Prezidenti onu da qeyd edib ki, jurnalistin öldürülməsi olayında SƏ-nın mümkün iştirakına ABŞ-ın reaksiyası ondan asılı olacaq ki, «onlar (Ər-Riyad) bu barədə bilirdilər, yoxsa yox?»

«ABŞ Səudiyyə Ərəbistanından getməyə hazırlaşırmı?» - sualına, Tramp «Mən, bunu etmək istəmirəm» - cavabını verib.

Şərhlər

Sahil 2018-10-18 08:51:40

Peygemberin olkesi ne gune qalib ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol