Menu

Ağdamda atışma başlayıb

06.08.2014, 00:33
Ağdamda atışma başlayıb

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir.

Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.

İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol