Menu

Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

19.10.2018, 19:36
Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 4 kateqoriyada mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunacaq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək.

Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

61 kq

Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)

74 kq

1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)

86 kq

1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)

125 kq

Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol