Menu

DÖVLƏTİ TALAYAN SABİQ MƏMURLARIN UŞAQLARININ LÜKS HƏYATI - FOTOLAR

20.10.2018, 13:08
DÖVLƏTİ TALAYAN SABİQ MƏMURLARIN UŞAQLARININ LÜKS HƏYATI - FOTOLAR

Məmurlar dövləti talayıb yorulduqdan sonra istirahətə çıxırlar və  oğurladıqları pullarla harın həyat tərzini davam etdirirlər

Ölkə mətbuatında tez-tez sabiq məmurlar və onların övladlarının lüks həyatları barəsində materiallar yayılır.  Bu kimi faktlar ortaya çıxanda keçmiş məmurlar susub, heç bir münasibət bildirmirlər. Bəziləri isə söyləyirlər ki, bu cür lüks həyata  yiyələnmələri onların şəxsi biznesləri hesabına əldə etdikləri vəsait hesabınadır. Lakin əksəriyyətinin vəzifədən öncəki həyatına baxdıqda  görürük ki, onlar çox sadə, kasıb həyat yaşayıblar. Yəni bu adamlar vəzifədə olarkən korrupsiya yolu ilə milyonlara sahibləniblər, həmin pulları biznesə yönəldərək, xalqın vəsaitləri hesabına lüks həyatlarını davam etdirirlər...

Bu günlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirməsi ilə bağlı xəbər yayılıb.  A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”nin “Q” seriyasından ən son model olan “Audi Q8" avtomobili ilə paytaxt küçələrində şütüyən F. Qaraşov yenidən gündəmə gəlib. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Audi Q8"in Bakıda təqdimatı baş tutub. Bu avtomobilin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır. Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hadisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.

Arif Qaraşovun oğlu bu xüsusda tək deyil. İndiyə qədər xeyli sayda sabiq məmur övladlarının cah-calal içərisində fotoları, videoları yayılıb.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun  oğlu Anar Məmmədovun lüks həyatı kimsəyə sirr deyil.  Onunla bağlı mətbuatda çoxsaylı materiallar dərc edilib. Hazırda Anar Məmmədovun Londonda yaşadığı bildirilir. İddia olunur ki, Məmmədovun orada vəziyyəti heç də pis deyil.

anar məmmədovun lüks avtomobilləri ile ilgili görsel sonucu

Eləcə də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov da  tez-tez dəbdəbəli mülkləri ilə gündəmə gəlir. Məlumatlara görə, Yunis Abbasov hələ 2006-cı ildə Londonda 2 mərtəbədən ibarət böyük malikanə alıb. Bu malikanənin qiyməti isə 1.4 milyon funt-sterlinq olub.

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun da Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb.  Bu barədə məlumatı bu ilin may ayında unikal.org saytı yaymışdı.

Məlumata görə, paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir. Bildirilir ki, Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var.

Heydər Əsədovun oğlu Asif Əsədzadə ile ilgili görsel sonucu

Heydər Əsədovun oğlu Asif Əsədzadə isə Londonda təhsil alır. Ötən il o, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” maşını ilə London küçələrində “at oynatması” ilə gündəmə gəlmişdi. Məlumatlara görə, Asif Əsədzadə Britaniya vətəndaşıdır.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə ile ilgili görsel sonucu

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə isə Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahana salıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi. Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazıb.

Siyahını bir qədər də uzatmaq olar. Bu kimi məmurların övladları instaqramda lüks həyatlarından fotolar paylaşıb, tez-tez xarici medianın da gündəminə gəlirlər...

Belə iddialar var ki, sabiq məmurların qanunsuz topladıqları, dövlətdən oğurladıqları sərvətləri barəsində müvafiq qurumlar araşdırma aparır.  Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun başına gələnlər, “MTN-işi”  və “rabitə işi” çərçivəsində aparılan əməliyyatlar nəticəsində həbs olunan yüksək çinli məmurlar da buna nümunədir(musavat.com).

Şərhlər

vidadi 2018-10-20 13:08:46

imtahan metamorfoza

G.M 2018-10-20 13:08:46

Halal xoşları olsun..Guya ki,gürcü,rus,türk,fars basıb yeyəndə Xalqımıza bir xeyiri olur ki..Yenə heç olmasa bunlar özümüzünkilərdilər. əllərindən töküləni özümüzünkilər yeyir.....İkincisi də xalq nə vaxt toparlanıb haqqını tələb elədi ki,bu yazıqlar da mane oldular.Biz yeyə bilmirik ,heç olmasa bunlar yesinlər.Mal yeməzin malını yeyərlər.

İlqar Rusiyalı 2018-10-20 13:08:46

YAP hakimiyyətinin xalqı və ölkəni talayan... həyat tərzinə baxın. Artıq belə qənayətə gəlmişəm ki, b.... heç bir hüquq mühafizə orqanlarını saymırlar. Prezidentin bu qudurğanlığa son qoyulması barədə dediklərinə heç bir əhəmiyyət vermirlər, ona görə də istədikləri ediblər və etməkdə də davam edirlər. ..... Haram xoşunuz olsun və narahat olun, Allah və Qanun qarşısında geci tezi cavab verəcəksiz.

EJDER 2018-10-20 13:08:46

BUNLAR HAMISI INKIWAFIN ...DI.HARAM OLSUN O...R.BELELERININ QARABAQ HEC YADINA DUWER,YA YOX.ARAWDIRANDA YOXDUR KI, BU O...R HARADA XIDMET EDIBLER...

Yamen 2018-10-20 13:08:46

Sabiq? Allah sizi gùldursun. Indiki memurlarun usaqlari yoxsulluq icinde yasayir goresen?

azər 2018-10-20 13:08:46

h. əsədovun oğlu göstərilən maşını Londonda Bakı nömrəsi ilə sürürmüş? informasiyanı dəqiqləşdirib sonra verin..yoxsa feykə, dezaya oxşayacaq və ciddi qəbul edilməyəcək..

Абдулла 2018-10-20 13:08:46

Sabiq məmurlar vəzifədə olnda dğvləti talamağa onlara kim imkan yaratmışdı? Müvafiq səlahiyyətli orqanlar niya vaxtında həmin məmurlara nəzarət etməyiblər və dövləti talamağın qarşısını almayıblar? Normal düşüncə və məntiqlə belədir.

London 2018-10-20 13:08:46

Bunlarin evazinden biz Londonda xecalet cekirik.2 ay icersinde BBC de 2 defa bu insanlar haqqinda danishilib.Insan utanmasa ne desan eder.Sorushanda adam bilmir xecaletinden ne demalidir

Vətəndaş 2018-10-20 13:08:46

BUnlar hamısı Yeni Azərbycan Partiyasının vəzifədə olan üzvlərinin uşaqlarıdr. Soyduqlaı və rüşvət aldıqları millətin pullaıdır.
Niyə belə partiya üzvlərinə qarşı ölkədə heç bir ölçü götürülmür.Axı onların cinayətkar olduqları aşkardır.Burada adları sadalanmayan Məmmədov,müslümov,İbrahimovlar və digərləri da var.Bəs Azərbaycan qanuni dövlətdir deyirlər?

sədi 2018-10-20 13:08:46

BUNLAR ALLAHIN QƏZƏBİNƏ TUŞ GƏLƏCƏKLƏR. HARAM BURUNLARINDAN İRİN QAN OLUB TÖKÜLƏCƏK. ÇÜNKİ ƏHALİNİN ÇOX HİSSƏSİ ACDIR.

vətəndaş 2018-10-20 13:08:46

TALANÇILARRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR Ö.S.

ilqar 2018-10-20 13:08:46

cox gozel cavab dostum

Azərbaycan vətəndaşı 2018-10-20 13:08:46

Bunları calqa göstərmək lazım deyil.Hamısını valideyinləri ilə birlikdə həbs edib ömürlük həbsxanaya salmaq lazımdır.Bəyənmədiyiniz Sovetlər birliyində dövlət əmlakını mənimsəyənlər heç vaxt cazasız qalmırdılar. Bu gün məmurlar dövlət əmlakını oğurlamaqla məşğuldular.Çünki cəzasızlıq mühitində yaşayırlar.

Obyektiv 2018-10-20 13:08:46

London, Abdulla, Yamen.. sizin sozlerinize quvvet... )
Bir de, vay sonradan gorenlerin ve acgozlerin eline selahiyyetler dushmesinden.. Bunlar chox tehlukeli ve deyerlere dushmen faktorlardir...

Əbil 2018-10-20 13:08:46

Qqardaş kişilər yeyib içəndilər də..Ğörürsüz yavaş-yavaş düzəlirik..Zəli kimi doyan kimi işdən çıxardirlar ki get kef elə daha bəsdir..Buna da şükür...

Sakit 2018-10-20 13:08:46

Burada yazılanları hamısını mən qəbul edirəm. Ancaq xaricə daşınanın yanıda, bu məmurların yedikləri tula payıdir.

nata 2018-10-20 13:08:46

Sabiqlerden yazmaqa ehtiyac yoxdur.Siz hal-hazirda vezifede olanlardan yazin,yazmaqa huneriniz yoxdursa,kohne palan ici tokmeyin,maraqli deyil.

G.M.-ə 2018-10-20 13:08:46

Sən necə sübut edə bilərsən ki. bu yeyənlər özümüzünkilərdir?Özününkü olan adam özünüzü də düşünməlidir.Axı bunlar milləti düşünmürlər ,soyğunçuluqla,oğurluqla,rüşvətlə millətin son qəpiklərini də əllərindən alıb.özlərinə layiq olmadıqları lüks həyat yaradırlar.Bunların özümüzünki olmaları olduqca şübhəlidir.Heyif ki, bunları araşdırıb ortaya çıxaran görünmür.Tək-tək görünənlər isə həbs edilirlər.Ona görə millət qorxu içərisində saxlanıldığından talan davam edir.

ARİF 2018-10-20 13:08:46

Vicdansızlar xalqın pulları ilə keyf edin görək bizim axırımız necə olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol