Menu

Ziyalılar Forumu fəaliyyətini bərpa edir

06.08.2014, 10:06
Ziyalılar Forumu fəaliyyətini bərpa edir

“Yekdil fikrimiz Ziyalılar Forumunun fəaliyyətini davam etdirməkdir”.

Bunu AzNews.a-a açıqlamasında Ziyalılar Forumunun üzvü, “EL” hərakatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

O bildirib ki, bu məqsədlə Ziyalılar Forumunun yaxın günlərdə toplantısı keçiriləcək: “Ziyalılar Forumu fəaliyyətini davam etdirməlidir. Formun üzvü Rafiq Əliyevlə də bu haqda müzakirəmiz olub”.

E. Quliyevin sözlərinə görə, yenidən aktivləşəcək qurumun fəaliyyəti daha da gücləndiriləcək.

Qeyd edək ki, Ziyalılar Forumu 2012-ci ildə yaranıb. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri ərəfəsində Forum müxalif düşərgənin nüfuzlu qurumlarından olub. Son iclasını isə elə 2013-cü ildə keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol