Menu

Londonda partlayış olub - FOTO

21.10.2018, 09:28
Londonda partlayış olub - FOTO

Britaniyanın paytaxtı London şəhərində partlayış olub. "Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Paul Vuud özünün "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə Vervur-Roudda qeydə alınıb. Partlayışın ardından yanğın baş verib.Partlayışın başvermə şəraiti araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən ay da Londonda partlayış olub. BBC-nin binası yanında avtomobil partladılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol