Menu

Gürcüstanda oksigen balonu partlayıb - 12 nəfər xəsarət alıb

21.10.2018, 17:46
Gürcüstanda oksigen balonu partlayıb - 12 nəfər xəsarət alıb

Günorta saatlarında Gürcüstanın Rustavi şəhərində oksigen balonunun partlaması nəticəsində 12 nəfər xəsarət alıb. “Report”un Gürcüstan bürosunun məlumatına görə, hadisə şəhərin 19-cu mikrorayonu ərazisindəki yaşayış binalarından birinin həyətində, avtomobil qarajının sökülməsi zamanı baş verib.

Xəsarət alanlar Rustavinin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onların arasında uşaqlar da var. Uşaqlardan biri vəziyyəti ağır olduğu üçün Tbilisidəki İaşvili klinikasına çatdırılıb.

Partlayış zamanı bir neçə avtomobil, qonşu binaların pəncərələri də zədələnib.

Faktla bağlı istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol