Menu

AFFA  "Qarabağ" azarkeşləri üçün 500 bilet alıb

06.08.2014, 12:39
AFFA  "Qarabağ" azarkeşləri üçün 500 bilet alıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Zaltsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

AFFA-dan verilən məlumata görə, azerkeşlərimizin matçı izləyə bilməsi üçün 500 bilet alınıb.

Biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Zaltsburq" - "Qarabağ" oyunu baş tutacaq. Matç Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol