Menu

Səsvermə bitdi - Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi

24.10.2018, 17:51
Səsvermə bitdi - Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib.

Trend-in məlumatına görə, iclasda onun namizədliyini heç bir deputat dəstəkləməyib. Belə ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib.

Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.

Qeyd edək ki, onun baş nazir vəzifəsinə namizədliyi "Yelk" partiyası tərəfindən irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol