Menu

Ermənistanın keçmiş müdafiə nazirinin baldızı intihar edib

25.10.2018, 15:06
Ermənistanın keçmiş müdafiə nazirinin baldızı intihar edib

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryan intihar edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun meyiti Yerevandakı Davidaşen körpüsünün altından tapılıb.

Ölkənin İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib ki, 45 yaşlı qadının intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, L.Xaçatryan Yerevanda xəstəxanalardan birində həkim işləyirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol