Menu

Yəhudilərdən Qarabağdakı gərginliklə bağlı bəyanat

06.08.2014, 13:56
Yəhudilərdən Qarabağdakı gərginliklə bağlı bəyanat

"Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq"

Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov son zamanlar cəbhə bölgəsində erməni silahlı birləşmələrinin atəşkəsi pozması nətəcisəində 16 Azərbaycan hərbiçisinin ölümü ilə bağlı bəyanat verib.

Təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanovun Etatist.com-a verdiyi məlumata görə, o, bildirib ki, Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: "Bu azmış kimi mütəmadi olaraq atəşkəs rejimini pozur. Amerika Yəhudiləri Yardım Təşkilatı olaraq Ermənistanı BMT-nin 4 qətnamasəni yerinə gətirməyi və dərhal işğalçı əməllərinə son qoymağa çağırırıq. Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq. Mən şəhid olan insanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol