Menu

"Rusiyaya qarşı sanksiyaların təsiri hiss olunur" - Erməni mətbuatı

06.08.2014, 15:09
"Rusiyaya qarşı sanksiyaların təsiri hiss olunur" - Erməni mətbuatı

Ermənistan Avrasiya Gömrük İttifaqına (AGİ) daxil olmasa da, Qərb tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların təsirini artıq öz üzərində hiss edir.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

“Bu yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyaya qarşı sanksiyalardan və AGİ-yə daxil olmaq perspektivləri barədə danışarkən Ermənistanın bu quruma qatılmaq istəyini ölkənin strateji maraqları ilə izah etmişdi.

Lakin bu gün - hələ ittifaqa daxil olmamışdan Ermənistan Qərbin sanksiyalarını öz üzərində hiss etməyə başlayıb. Buna ilk sübut kimi, Rusiyadan Ermənistana olan transfertlərin azalmasını göstərmək olar.

Əgər 2013-cü ilin ikinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Ermənistana 369,5 milyon dollar köçürülmüşdüsə, bu göstərici bu ilin analoji dövründə 364,1 milyon dollar olub.

2013-cü ilin təkcə iyun ayında Rusiyadan Ermənistana 141 milyon dollar köçürülmüşdüsə, 2014-cü ilin iyun ayında 134 milyon dollar köçürülüb”, - deyə qəzetdə qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol