Menu

Türkiyədə bələdiyyə seçkilərinin tarixi açıqlanıb

26.10.2018, 10:01
Türkiyədə bələdiyyə seçkilərinin tarixi açıqlanıb

Türkiyədə növbəti bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı qərar “Rəsmi Gazete”də dərc olunub.

Türkiyə Yüksək Seçim Komissiyasının qərarına əsasən, namizədlərin irəli sürülüməsi prosesi 2018-ci il dekabrın 1-dən başlayacaq. Təbliğat-təşviqat kampaniyasına yanvarın 1-dən start veriləcək. Yerli seçkilərdə namizəd olaraq, iştirak etmək istəyənlər çalışdıqları sahələrdə tutduqları vəzifədən 2018-ci il dekabrın 1-i saat 17-də istefa verməlidirlər.

Qeyd edək ki, "Bələdiyyə seçkiləri haqqında" qanuna uyğun olaraq, yerli seçkilər 5 ildən bir keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol