Azərbaycan əhalisinin 2020-2022-ci illər üçün gəlir və xərcləri ilə bağlı proqnozlar məlum olub.
“Report” xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2020-ci ildə əhalinin gəlirləri üzrə real artım tempi 3,6% olmaqla 63 mlrd. 511,1 mln. manata çatacaq. Bu dövrdə əhalinin xərcləri üzrə real artım tempi 3% olmaqla 54 mlrd. 520,5 mln. manat təşkil edəcək.
2021-ci ildə əhalinin gəlirlərinin 67 mlrd. 548,6 mln. manat, xərclərinin 57 mlrd. 923,7 mln. manat, 2022-ci ildə isə müvafiq olaraq 71 mlrd. 898,5 mln. manat və 61 mlrd. 602 mln. manat olacağı proqnozlaşdırılır.


Şərhlər
Yaxşı xəyaldır.Xəyallar kasıbları yaşatmaq üçün romantik nağıllar aləminə bənzəyir,ancaq heç vaxt reallaşa bilmir..