Menu

Azərbaycanda problemli kreditlər azalır

26.10.2018, 16:44
Azərbaycanda problemli kreditlər azalır

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 748,7 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb.

Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət iyulun sonuna 14,4%, ötən ilin sonuna 13,8%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib.

Şərhlər

azər 2018-10-26 16:44:43

borclular ölüb gedir yada intihar edir o üzdən..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol