Menu

Neft Şirkətində növbəti ixtisar dalğası

06.08.2014, 17:24
Neft Şirkətində növbəti ixtisar dalğası

ARDNŞ-in “Neftqaztikinti” trestinin əməkdaşlarına ixtisarlarla bağlı bildiriş verilib

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı verib.

M.Qəhrəmanlının sözlərinə görə, “Neftqaztikinti” trestinin 1,4,5,6,7,8 saylı Tikinti Quraşdırma İdarələrinin(TQİ), İxtisaslaşdırılmış Təmir Tikinti (İTTİ), Asfalt zavodunun, Sənaye Tikinti İdarəsinin işçilərinə iş yerlərinin ixtisarı ilə əlaqədar bildiriliş verilib:

“Trestin tərkibindəki bu 9 idarə ləğv olunaraq yerində yeni idarələr yaradılacaq. Bu idarələrdə 4000-ə qədər işçi çalışır. İxtisara düşənlər əsasən mühəndis texniki işçilərdir. Onlar ixtisar zamanı ədalətsizliyə yol veriləcəyindən, peşə ixtisasına, tərcübəyə yox, qohumbazlığa yol veriləcəyindən narahatdırlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol