Menu

Gürcüstan parlamenti qarşısındakı etiraz aksiyasına prezidentliyə namizədlər də qoşulub

27.10.2018, 00:29

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında Zaza Saralidzenin azadlığa buraxılması tələbi ilə keçirilən aksiya davam edir. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiyaya prezidentliyə iki namizəd də qoşulub.

“Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol