Menu

Türkiyədə PKK-ya qarşı əməliyyatda 2 hərbçi ölüb

27.10.2018, 09:31
Türkiyədə PKK-ya qarşı əməliyyatda 2 hərbçi ölüb

Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı əməliyyat zamanı iki türk hərbçi həlak olub.

Trend-in məlumatına görə, PKK terror təşkilatının üzvlərinə qarşı hərbi əməliyyat bu gün səhər saatlarından başlayıb və hələ də davam edir.

Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasına çalışan PKK arasında münaqişə 25 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub.

PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol