İnsanların daha uzun ömür sürdüyü ölkələrin reytinqində birinci yerdə İspaniya qərarlaşıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Universiteti nəzdindəki Səhhətin Ölçülməsi və Qiymətləndirilməsi İnstitutunun (İHME) son məruzəsinə görə, bu ölkədə 2040-cı ilədək orta ömür uzunluğu 85,8 yaşa çatacaq.
Ötən il reytinqdə birinci olan Yaponiya 85,7 yaş həddi ilə bu dəfə ikinci yerdədir. Sonrakı yerlərdə Sinqapur, İsveçrə, İtaliya, İsrail, Fransa, Lüksemburq, Avstraliya qərarlaşıb.
Ən qısa ömür yaşanan ölkə isə 57,3 yaşla Lesotodur.


Şərhlər
BES BIZ NECENCIYIK...YALAN ,PALANVUZ AVROPADA IWLEMIR.75 , 77 DEN DEM VURURSUZ...
Axırdan birinci olmasaq da, Şərqin Günəşi axıra yaxın yerdədir yəqin. Sağ olsunlar millətin "qayğısına qalıb" "pambıqda zəhərlənməyə qoymayırlar, ən təmiz qidanı gətirib millət yedizdirib, qoymurlar ki, millət onkologiyaya Dayının hüzuruna getsin"! Şirəli səhiyyədə demək olar ki, inqilab edib, millət pulsuz-parasız müalicə olunur. İran, Türkiyə İsrail, Almaniya yalvarır ki, azərbaycanlılar müalicəyə ora getsinlər. Ermənistan da dağılıb qurtarıb (Z.H.).