ABŞ-da bir çox ünvana bomba göndərən şəxs həbs edildi

ABŞ-da bir neçə ünvana bombalı bağlama göndərən şəxs Floridada həbs edilib.

“Ölkə.Az” xəbər verir ki, 56 yaşlı Sezar Sayoku 48 illik həbs cəzası gözləyir. Sezar Florida ştatının polis idarəsində cinayətkar kimi qeydə alınıb. Bu günə qədər narkotik maddə alveri, oğurluq, fırıldaqçılıq, yol qəzası kimi cinayətlərə görə həbsdə yatıb. Eyni zamanda bir nəfəri bomba ilə hədələməyə görə də həbs cəzası var.

Onun sosial şəbəkədəki səhifələrindəki paylaşımlara əsasən, 2016-cı ildə Trampın mitinqlərində iştirak edib. Respublikaçılar partiyasından seçicidir. FTB bağlamaların üzərindəki barmaq və DNA izləri ilə Sezarı həbs edib. Saxlanılan şəxs 5 federal cinayətlə ittiham ediləcək. Onu bu cinayətlərə görə 48 il həbs cəzası gözləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar