Menu

Ərdoganın sözləri ermənilər əleyhinə irqçilik kimi qarşılanıb

06.08.2014, 19:22

erdoganTürkiyənin baş naziri Ərdoganın televiziya ilə çıxışında dediyi sözlər ermənilər əleyhinə irqçilik kimi qarşılanıb.

Avqustun 5-də televiziya ilə çıxış edən Erdoğan şikayətlənib ki, müxalifət ona qarşı kampaniya aparır ki, o, gürcü əsillidir.

Ərdogan deyib: “onlar mənə gürcü deyirlər. Məni bağışlayın, mənə daha çirkin şeyler söyləyənlər oldu, ermeni dedilər" .

Ərdoganın bu sözləri mediada çox kəskin qarşılanıb. Müxalifət deputatı hətta Erdoğana qarşı irqi nifrət yaratmaq ittihamı ilə iddia qaldırıb.

Avqustun 10-da Türkiyədə prezident seçkiləridir. Seçkiləri Erdoganın udcağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol