İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü, Milli Demokrat (Bozqurd) Partiyasının sədri Qələndər Muxtarlı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə məlumat Musavat.com-a partiyadan verilib. Qələndər Muxtarlı müstəntiq Nadir Mirzəyev tərəfindən dəvət edilib və bir neçə saatdır oradadır.
Qələndər Muxtarlının İsmayıllı hadisələri ilə əlaqədar istintaqa çağırıldığı güman edilir.


Şərhlər