Menu

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb

29.10.2018, 17:42
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, həmsədrlər Ermənistan müdafiə nazirinin səlahiyyətini icra edən David Tonoyanla görüşüb. Tərəflər cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana da səfər edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol