Menu

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib

30.10.2018, 13:39
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

“Report”un xəbərinə görə, məcəlləyə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol