Menu

Çempionlar Liqasında turu keçənlər - Siyahı

07.08.2014, 10:38
Çempionlar Liqasında turu keçənlər - Siyahı

Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub. Cavab oyunları çərçivəsində daha 11 matç keçirilib.

4 qarşılaşması 1 gün əvvəl baş tutan mərhələnin son 11 matçı Rusiyadakı oyunla start götürüb.

“Zenit” Kiprdə uduzduğu AEL-i 3:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Postsovet məkanı təmsilçilərindən “Şerif” Slovakiyadakı yenilginin əvəzini “Slovan”dan çıxa bilməyib.

“Dnepr” isə Danimarkada “Kopenhagenə uduzub.

Qonşu Türkiyəni təmsil edən “Beşiktaş” isə səfərdə məğlub etdiyi Hollandiya “Feyenoord”unu sınağa çəkib və yenə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da Avstriyada yerli “Zalsburq”un qonağı olub. Lakin onlar 0:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasına vida ediblər. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

6 iyul “Zenit” (Rusiya) - AEL (Kipr) - 3:0 İlk oyun - 0:1

APOEL (Kipr) - HİK (Finlandiya) - 2:0 İlk oyun - 2:2

"Malmö” (İsveç) - “Sparta” (Çexiya) - 2:0 İlk oyun - 2:4

“Şerif” (Moldova) - “Slovan” (Slovakiya) - 0:0 İlk oyun - 1:2

“Styaua” (Rumıniya) - “Aktobe” (Qazaxıstan) - 2:1 İlk oyun - 2:2

“Beşiktaş” (Türkiyə) - “Feyenoord” (Hollandiya) - 3:1 İlk oyun - 2:

“Kopenhagen” (Danimarka) - “Dnepr” (Ukrayna) - 2:0 İlk oyun - 0:0

“Zalsburq” (Avstriya) - “QARABAĞ” (AZƏRBAYCAN) - 2:0 İlk oyun - 1:2

“Partizan” (Serbiya) - “Ludoqorets” (Bolqarıstan) - 2:2 İlk oyun - 0:0

“Dinamo” (Xorvatiya) - “Olborq” (Danimarka) - 0:2 İlk oyun - 1:0

“Seltik” (Şotlandiya) - “Legiya” (Polşa) - 0:2 İlk oyun - 1:4

(Apasport.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol