Menu

"Qəzzaya sonuncu dəfə yardım ediləcək" - BMT 

07.08.2014, 10:49
"Qəzzaya sonuncu dəfə yardım ediləcək" - BMT 

«Qəzzada bərpa işlərinə sonuncu dəfə yardım etməyə hazırıq»

BMT baş katibi Ban Ki-moon bildirib ki, Qəzzada bərpa işlərinə yardım etməyə hazırdırlar, ancaq bunu sonuncu dəfədir edirlər.

Ban bunu ötən gün BMT Baş Assambleyasının xüsusi iclasının açılışı zamanı deyib.

BMT rəsmisi Qəzzada kütləvi ölümlər və dağıntılardan söhbət açıb və xəbərdarlıq edib ki, «biz tikəcəyik, ancaq bu bərpa işləri sonuncu dəfə olmalıdır. Bu artıq bitməlidir».

İsrail baş naziri Benjamin Netanyahu bildirib ki, İsrailin Qəzzadakı hərəkətləri «əsaslı» və «mütənasib» olub.

Qəzza zolağında 4 həftədir davam edən döyüşlərdə 1875 fələstinli, 67 israilli ölüb. Qəzza əhalisinin təxminən yarısı evindən didərgin düşüb. /AzadlıqR.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol