«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Xerson vilayətində noyabrın 1-də başlayacaq idarə olunan raketlərin sınaq atəşləri ilə bağlı olaraq, Qara dəniz üzərindəki hava məkanı uçuşlar üçün bağlı olacaq.
Bu barədə Ukrayna silahlı qüvvələri (USQ) hərbi-hava qüvvələri komandanlığının spikeri Dmitri Strutinski xəbər verib.
«Sabah Xerson vilayətində idarə olunan raketlərin zenit-raket komplekslərinə uçuş-sınaq təlimləri başlanacaq» - deyə, Strutinski bildirib.
Xəbərdə deyilir ki, raket atışları ilə bağlı olaraq, Qara dəniz üzərindəki hava məkanı noyabrın 1-dən noyabrın 4-ə qədər uçuşlar üçün bağlı olacaq.


Şərhlər